Xankəndində azərbaycanca “Xoş gəlmisiniz” yazan erməni qadın döyüldü - FOTO
Azərbaycanın tərkibində olan Qarabağda azərbaycanlılarla ermənilərin birlikdə yaşamaq təcrübəsini xatırlayan yaşlı qadın anlayır ki, İrəvan artıq məğlub olub və Qarabağ erməniləri rəsmi Bakının yurisdiksiyasını qəbul etməli olacaqlar.
Sosial şəbəkələrdə erməni istifadəçi Nune Nasparyanın paylaşdığı məlumata görə, işğal olunmuş ərazilərimizdə olan Ermənistanın hərbi polisinin nümayəndələri həmin qadının bu əməlindən hiddətlənib və onu vəhşicəsinə döyüblər. Bildirilib ki, polislər Xankəndini tərk edən sakinlərin evlərini talan etməkdən də çəkinmirlər.
Azvision.az
Teqlər: Xankəndi Ermənistan