“Uşaqların xəsarət alması məni dərindən kədərləndirdi” - UNİCEF-in Bakıdakı rəhbəri

 “Uşaqların xəsarət alması məni dərindən kədərləndirdi” -  UNİCEF-in Bakıdakı rəhbəri
  13 Oktyabr 2020    Oxunub:2840
Dünən Gəncəyə səfərim zamanı oradakı uşaqların vəziyyəti ilə şəxsən tanış oldum. Ötən həftəsonu daha bir neçə uşağın xəsarət alması ilə bağlı əldə etdiyim məlumatlar məni dərindən kədərləndirdi.
Azvision.az xəbər verir ki, bu barədə UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin bildirib.

“UNICEF bütün mülki şəxslərin və mülki infrastrukturun müdafiəsi ilə bağlı çağırışını təkrar edir. Bir daha vurğulayırıq ki, doyüşlərin dayandırılması bütün uşaqların ən ali maraqlarına xidmət edəcəkdir. Mən uşaq və ailələrə, xüsusilə psixoloji travmaya cavab tədbirləri və uşaqların partlamamış hərbi sursatlardan qorunmasında UNICEF-in dəstəyini təklif etmək üçün Gəncədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə danışdım. Biz bu yardımın təcili icra olunmasına razılaşdıq", - deyə Edvard Karvardin qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: UNİCEF   Gəncə  





Xəbər lenti