“Qrip əleyhinə vaksinasiya olduqca önəmlidir” - Professor (VİDEO)

   “Qrip əleyhinə vaksinasiya olduqca önəmlidir” -    Professor (VİDEO)
  14 Oktyabr 2020    Oxunub:3110
"Azərbaycanda hazırda epidemioloji vəziyyət nəzarət altındadır. Buna baxmayaraq, qarşıda bizi soyuq qış fəsli gözləyir. Bu mövsümdə resperator xəstəliklər, hava-damcı yolu ilə yoluxan xəstəliklər çoxalır".
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Elmi Komitəsinin sədri, professor Akif Qurbanov deyib.

Onun sözlərinə görə, COVID pandemiyası dövründə payız-qış mövsümü bir qədər problemlər yarada bilər.

"COVID xəstəliyinə hər hansı resperator xəstəliyin qoşulması gözlənilə bilər. Bu, ilk növbədə qrip xəstəliyidir. Ona görə də vaksinasiya hazırkı durumda aktualdır. Əgər COVID-19 xəstəliyi ilə birlikdə qripə rast gəlinərsə, bu, ağır hallara gətirib çıxara bilər. Hazırda dünyada qrip əleyhinə peyvənd işləri aktuallaşır. Demək olar ki, dünyanın bütün ölkələri bu gün belə tədbirlər görür. Əslində qrip əleyhinə vaksinasiya COVID-19 əleyhinə mübarizənin tərkib hissəsidir. Əvvəlki illərdə qrip əleyhinə peyvənd prosesi olsa da, indiki kimi ciddi olmayıb. Biz koronavirusun çətinlik yaratdığı dönəmdə yaşayırıq”, - deyən professor mövsümi qrip əleyhinə vaksinasiyanın olduqca önəmli olduğunu əlavə edib.

Strateji Kommunikasiyalar Mərkəzinin hazırladığı videonu təqdim edirik:



Azvision.az


Teqlər: Qrip   Vaksin   Xəstəlik  





Xəbər lenti