Qripə yoluxmamaq üçün tövsiyələr - VİDEO

Qripə yoluxmamaq üçün tövsiyələr -  VİDEO
  14 Oktyabr 2020    Oxunub:2485
Qripin xüsusiyyəti xəstəliyin əhali arasında sürətlə yayılmasıdır. Lakin qripə yoluxmamaq üçün hamının edə biləcəyi bir çox sadə tövsiyələr var.
Xəstəlik ilkin əlamətlərini göstərdiyi zaman, xüsusən hərarətiniz olduqda evdə qalın və insanlarla təmasdan çəkinin. Peyvənd olunun. Qripə yoluxmamaq və başqalarına yoluxdurmamaq üçün ən yaxşı yol peyvənd olunmaqdır.

Peyvənd olunmadığınız təqdirdə maskadan istifadə edin. Asqıran və öskürən zaman ağzınızı dirsək bükümü və ya birdəfəlik salfetlə örtün, əllərinizi mütəmadi yuyun. Əlləriniz təmiz olduqda mövsümi sağlam keçirmə və infeksion xəstəliklərə yoluxmamaq şansınız daha da artacaq.

Azvision.az Strateji Kommunikasiyalar Mərkəzinin hazırladığı yeni videonu təqdim edir:




Teqlər: Qrip   Peyvənd  





Xəbər lenti