“Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradıdır” - Prezidentin köməkçisi

 “Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradıdır” -  Prezidentin köməkçisi
  14 Oktyabr 2020    Oxunub:7910
Ermənistanın humanitar atəşkəslə bağlı “öhdəliyi” tamamilə riyakarlıqdır.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

“Səhər saatlarından etibarən Tərtər şəhəri ağır artilleriya hücumuna məruz qalır. Tərtər rayonuna və onun kəndlərinə 100-dən çox top mərmisi düşüb, 6 mülki şəxs yaralanıb, bir mülki şəxs həlak olub. Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradıdır”, - deyə H.Hacıyev qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tərtər  





Xəbər lenti