Ermənilər Tərtərə 100-dən çox mərmi atıb, 8 nəfər yaralanıb

Ermənilər Tərtərə 100-dən çox mərmi atıb,  8 nəfər yaralanıb
  14 Oktyabr 2020    Oxunub:3897
Bu gün səhər 07.00 radələrindən Tərtər şəhəri və Ağdamın kəndləri atəş altındadır. Bir nəfər həlak olub. Düyərli kənd orta məktəbinin həyətinə mərmi düşməsi nəticəsində 8 nəfər mülki şəxs yaralanıb. 100-dən çox mərmi atılıb.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, yaralananlar içərisində Azərbaycan Dövlət Televiziyasının çəkiliş qrupunun üzvləri də vardır.

"Azərbaycan humanitar atəşkəsə sadiqdir. Amma Ermənistan ərazisindən Azərbaycanın hərbi və mülki obyektlərinə, dinc insanlara qarşı raket və digər hücumlar olduğu təqdirdə, Azərbaycan legitim hərbi hədəflər olaraq onların zərərsizləşdirilməsini hüququnu özündə saxlayır".

Azvision.az



Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti