Ermənilərin öldürdüyü mülki şəxslərin sayı 43-ə çatdı

   Ermənilərin öldürdüyü mülki şəxslərin sayı 43-ə çatdı
  14 Oktyabr 2020    Oxunub:2223
Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 43 mülki şəxsi qətlə yetiririlib, 214 nəfəri isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 277, çoxmənzilli yaşayış binalarının sayı 66, yaşayış evlərinin sayı isə 1 505-dir.

Azvision.az


Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti