“Münaqişənin siyasi yolla həlli mümkündür” - Lavrov

 “Münaqişənin siyasi yolla həlli mümkündür” -  Lavrov
  14 Oktyabr 2020    Oxunub:4898
Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli mümkündür.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov yerli KİV-ə müsahibəsində deyib.

Nazir bildirib ki, münaqişənin nizamlanması ilə bağlı təkliflər məlumdur: "İlk mərhələdə erməni qüvvələrinin Azərbaycanın beş bölgəsindən çıxarılması nəzərdə tutulub. Qarabağın son statusu bundan sonra müəyyənləşdirilməlidir".

Lavrovun sözlərinə görə, indi hərbi müşahidəçilərə ehtiyac var. Hərbi müşahidəçilər Dağlıq Qarabağda atəşkəsə nəzarət mexanizminin tərkibinə daxil edilə bilər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Lavrov  





Xəbər lenti