Səfirlik təkzib etdi: “İrandan Azərbaycana atəş açılmayıb”
Məlumatda qeyd edilib ki, bəzi KİV-lərdə İran tərəfindən Azərbaycan Ordusunun mövqelərinə atəş açılması ilə əlaqədar xəbərlər həqiqəti əks etdirmir:
“İranın hərbi dairələri belə xəbərləri təsdiqləmir. Belə xəbərlər iranlı general Həsən Noi Moqəddəmin “Azərbaycan istədiyi halda, İran silahlı qüvvələri Azərbaycan tərəfində döyüşməyə hazırdır” deməsindən sonra yayılıb. Bu kimi xəbərlər İran İslam Respublikası və Azərbaycan Respublikasının inkişaf etməkdə olan münasibətlərinə zərbə vurmaq məqsədilə yayılır. İran və Azərbaycan dost və qardaş ölkələrdir. Bu dostluq və qardaşlıq əbədi olaraq davam edəcək və heç kim bu münasibətlərə xələl gətirə bilməz".
Qeyd edək ki, bundan əvvəl bəzi KİV-də guya Azərbaycandan İran ərazisinə bir neçə mərmi atılmasından sonra İran artilleriyasının Azərbaycan ərazilərinə atəş açdığı yazılmışdı.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: İran