Düşmən Tərtərdə daha bir məktəbi dağıtdı

   Düşmən Tərtərdə daha bir məktəbi dağıtdı
  14 Oktyabr 2020    Oxunub:1767
Düşmən təcavüzü nəticəsində daha bir ümumi təhsil müəssisəsi dağıntılara məruz qalıb.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, oktyabrın 14-də Erməni Silahlı Qüvvələri tərəfindən Tərtər rayonu və kəndlərinin ağır artilleriyadan atəşə tutulması nəticəsində Düyərli kənd ümumi orta məktəbinə ziyan dəyib. Məktəbin həyətinə top mərmisinin düşməsi nəticəsində təhsil müəssisəsinin tədris korpusu yararsız hala düşüb.

Qeyd edək ki, bu günədək 40-a yaxın ümumi təhsil müəssisəsinə düşmən təcavüzü nəticəsində zərər dəyib.

Azvision.az


Teqlər: Təhsil   Məktəb   Ziyan  





Xəbər lenti