Prezident: “Bizi heç kim dayandıra bilməz”
Azərbaycan Prezidenti deyib ki, dövlətimizin güclü iradəsi var, güclü ordumuz var. Məhz buna görə bu xain hücumlar bizim iradəmizi qıra bilmədi. Erməni vəhşiliyindən ən çox zərər çəkən Tərtər şəhəridir. Tərtər şəhərinə minlərlə mərmi düşüb. Tərtər balaca bir şəhərdir, Gəncə kimi böyük şəhər deyil. Amma tərtərlilər bir dağ kimi, bir yumruq kimi dayanıblar, heç bir yerə getmirlər və deyirlər, öldü var, döndü yoxdur. Həmçinin Ağdamda da, Goranboyda da, Ağcabədidə də, cəbhə xəttinə yaxın olan bütün başqa bölgələrdə də belədir... Onlar düşmənlə üz-üzə yaşamağa öyrəşiblər. Onlar nə qədər cəsarətli, nə qədər qürurlu insanlardır ki, orada düşmənin atəşi altında yaşayır, qurur, övladlarını böyüdür. Azərbaycan xalqı, bax, bu xalqdır.
Düşmənin bu xain hücumlarından digər bir məqsədin Azərbaycanı dayandırmaq olduğunu bildirən dövlətimizin başçısı sözünə davam edərək deyib: “Onlar zənn edirlər ki, bu xain zərbələr bizi dayandıracaq. Bizi heç kim dayandıra bilməz. Çünki biz haqq yolundayıq, bu yolu davam edirik və uğurla davam edirik. Bayrağımızı qaldırırıq, torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik!”.
Azvision.az
Teqlər: İlham-Əliyev Prezident