Dini icmalar Gəncəyə hücumu pislədi

Dini icmalar Gəncəyə hücumu pislədi
  14 Oktyabr 2020    Oxunub:1518
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəliyi, Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsi və Gəncə Yəhudi Dini İcması Ermənistanın Gəncədə törətdiyi son hadisələrlə bağlı bəyanant yayıb.
Azvision.az xəbər verir ki, icma üzvləri Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində olan çoxmənzilli yaşayış binalarını raket atəşinə tutmasını kəskin şəkildə pisləyib.

“Bildiyiniz kimi, sentyabrın 27-dən başlayaraq Ermənistan təcavüzkar qüvvələri Azərbaycana hücum edərək, yeni torpaqlar işğal etmək, yeni qırğınlar, ölümlər gətirmək məqsədi ilə bütün cəbhəboyunca Azərbaycana hücuma keçib. Dəyanətlim ordumuz bu hücuimun qarşısını alır. Köhnə xislətlərindən əl çəkməmiş erməni işğalçı qüvvələri Xocalıda törətdiyi qırğınların bənzərini törətmək məqsədi ilə 4 oktyabr tarixindən Gəncə şəhərində dinc əhalini bombalamağa başalmışlar. Bu bombalar nəticəsində evlər dağılmış, mülki insanlar öz evlərində şəhid edilmiş, uşaqlar-qadınlar qorxudulmuş, evlərə çoxlu ziyan dəyib”,- bəyanatda bildirilib.

Azvision.az


Teqlər: Gəncə  





Xəbər lenti