“Raketlər məhv edilməsəydi, Bakıya da çata bilərdi” - General-mayor

 “Raketlər məhv edilməsəydi, Bakıya da çata bilərdi” -    General-mayor
  14 Oktyabr 2020    Oxunub:4397
"Oktyabrın 14-də gecə saat 01:00 radələrində 2 ədəd, səhər saat 8:30 radələrində daha 1 ədəd “Elbrus” raket kompleksi Azərbaycan Ordusu tərəfindən aşkarlanaraq məhv edilib. Həmin raket kompleksləri məhv edilməsəydi, raketlər Bakıya da çata bilərdi".
Azvision.az xəbər verir ki, bunu xarici ölkələrin səfirləri, Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Hərbi Hava Qüvvələri komandanının müavini, Qərargah rəisi, general-mayor İkram Əliyev deyib.

General-mayor bildirib ki, ballistik raketlərə qarşı xüsusi əməliyyat nəticəsində oktyabrın 12-də Qubadlı rayonu ərazisində 1 ədəd Toçka-U raketi məhv edilib:

“300 km atış məsafəsinə sahib "Elbrus" raketi Dağlıq Qarabağa gətirilsə idi, onların 300 km uçuş məsafəsi var və Bakıya da çatardı. Kəşfiyyat məlumatlarına əsasən, Dağlıq Qarabağda yerləşən ümumqoşun hissələrində belə raket yoxdur. Bu, Ermənistanın 71-ci raket alayanın tərkibindədir".

Azvision.az


Teqlər: HHM   Qərargah-rəisi  





Xəbər lenti