“Paşinyan vəziyyətin çox çətin olduğunu etiraf etdi”

 “Paşinyan vəziyyətin çox çətin olduğunu etiraf etdi”
  14 Oktyabr 2020    Oxunub:3215
"Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan xalqına müraciəti oldu. Müraciətdəki etiraflardan bəlli olur ki, Ordumuz tərəfindən darmadağın olmaq durumundadırlar".
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Komitə sədri bildirib ki, Paşinyan maraqlı etiraflarda bulunub: "Məlum oldu ki, Azərbaycan tərəfindən aparılmış diplomatik fəaliyyətin nəticəsində Paşinyan hakimiyyətə gələndə bu vəziyyətlə qarşılaşıb: İşğal olumuş 5 rayonu qaytarmaq, sonra isə 2 rayonun qaytarılması qrafikini müəyyən etmək, daha sonra Qarabağın Azəbaycanın tərkibində statusunun müəyyən olunması ilə razılaşmaq. Yəni, işğal olunmuş rayonlar status əvəzində deyil, sülh əvəzində geri qaytarılmalı idi. Əks halda müharibə olacaq. Ermənistan düşünürdü ki, işğal olunmuş rayonları geri verməklə əvəzində Dağlıq Qarabağın müstəqillik statusunu Azərbaycandan alacaq. Amma onlara təklif edilən ərazilərin əvəzində sülh olub. Paşinyan hökuməti bu şərtlərdən imtina edib, dolayı yolla müharibə yolunu seçib. Və bu gün də o seçimin acı nəticəsini yaşayırlar. Azərbaycanın indi də şərti əvvəlki kimidir: “ərazi əvəzinə sülh”. Yəni, ərazilərimizi tərk edin, əvəzində sülh alın".

T.Mirkişili qeyd edib ki, Paşinyan vəziyyətin çox çətin və böyük itkilərin olduğunu etiraf edərək bu durumun ermənilərin birləşməsi üçün əsas siqnal olduğunu bildirib: "Mübarizələrinin nəticəsinin müstəqil Qarabağ olmalı olduğunu deyən Paşinyan rəşadətli Azərbaycan Ordusu üçün mühüm imkanlar yaratdı. İnşallah kapitulyasiya masasında görüşənədək. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan İlham Əliyev!"

Azvision.az


Teqlər: Komitə   Sədr   Tahir-Mirkişili  





Xəbər lenti