Azərbaycan Ordusu qeyri-hərbi hədəflərə atəş açmır

 Azərbaycan Ordusu qeyri-hərbi hədəflərə atəş açmır
  14 Oktyabr 2020    Oxunub:2341
Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun mülki əhalinin də müalicə olunduğu hospitala atəş açması barədə yaydığı məlumat yalandır.
Bu barədə Azvision.az -a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu heç bir mülki infrastruktura və qeyri hərbi hədəfə atəş açmır.

Məlumatda qeyd olunub ki, Ordumuz humanitar atəşkəs rejiminə ciddi əməl edir.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi   Ordumuz  





Xəbər lenti