“Tarix onların adını qızıl hərflərlə öz səhifələrinə yazır”

   “Tarix onların adını qızıl hərflərlə öz səhifələrinə yazır”
  14 Oktyabr 2020    Oxunub:2019
Qəhrəman Azərbaycan Ordusu növbəti şanlı qələbəsi ilə xalqımıza yenə də sevinc və fərəh hissləri bəxş etdi.
Azvision.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib.

“Füzuli və Xocavənd rayonlarının azad edilən 8 kəndi böyük qələbəni əhəmiyyətli dərəcədə bizə yaxınlaşdırır. Çoxdan gözlədiyimiz qələbənin nəfəsi artıq çox aydın hiss olunur. Rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgərimiz və müdrik Ali Baş Komandanımız ölkəmizin həyatında ən şərəfli tarixi yazırlar. Tarix isə onların adını qızıl hərflərlə öz səhifələrinə yazır. Eşq olsun Azərbaycan Ordusuna və Ali Baş Komandanımıza! Qarabağ Azərbaycandır!”, - deyə Baş Nazirin müavini qeyd edib.

Azvision.az


Teqlər: ƏliƏhmədov  





Xəbər lenti