Ərdoğan Putinlə Qarabağı müzakirə edib

   Ərdoğan Putinlə Qarabağı müzakirə edib
  15 Oktyabr 2020    Oxunub:4072
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Azvision.az TASS-a istinadən xəbər verir ki, dövlət başçıları telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Liderlər Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasi prosesin aktivləşdirilməsinin vacibliyini vurğulayıblar.

Ərdoğan deyib ki, Türkiyə istər Minsk qrupu daxilində, istərsə də ikitərəfli əlaqələr çərçivəsində Ermənistan-Azərbaycan məsələsinin dayanaqlı həll olunmasına tərəfdardır.

Azvision.az


Teqlər: Ərdoğan   Putin   Qarabağ  





Xəbər lenti