Erməni əsilli qadın Azərbaycan bayrağını öpdü - VİDEO

 Erməni əsilli qadın Azərbaycan bayrağını öpdü -  VİDEO
  15 Oktyabr 2020    Oxunub:14869
Azərbaycanda yaşayan erməni əsilli qadın Ermənistanın baş naziri Nikol Paşinyana və erməni xalqına müraciət edib.

Azvision.az -ın məlumatına görə, 78 yaşlı Tovuz sakini Alvina Marqosyan Ermənistan ordusunun əzəli Azərbaycan torpaqlarından, Qarabağdan çıxmasını tələb edib.
“Azərbaycanın heç kəsin torpağında gözü yoxdur. Bu ölkənin 3 rəngli bayrağı Qarabağın hər yerində dalğalanacaq”, - deyən Marqosyan erməni xalqını Nikol Paşinyanın hiyləsinə uymamağa çağırıb. Erməni əsgərinə isə Azərbaycanın torpaqlarından geri çəkilməyi məsləhət görüb.



Azvision.az


Teqlər: Tovuz   Qarabağ  





Xəbər lenti