Çavuşoğlu: “Azərbaycanla həmrəyliyimiz vacibdir”

  Çavuşoğlu:  “Azərbaycanla həmrəyliyimiz vacibdir”
  15 Oktyabr 2020    Oxunub:2970
“Qardaş ölkələr olaraq Azərbaycanla həmrəy olmağımız vacibdir”.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Əhməd Yəsəvi adına Türk-Qazax universitetində tədris ilinin açılış mərasimində çıxışı zamanı deyib.

XİN rəhbəri Azərbaycan torpaqlarının 20 fazinin 30 ilə yaxındır ki, Ermənistanın işğalı altında olduğunu vurğulayıb. Ermənistanın işğaldan kənardakı Azərbaycan torpaqlarına da hücum etdiyini deyən Çavuşoğlu, bunu müharibə cinayəti adlandırıb.

"Qardaş ölkələr olaraq Azərbaycanla həmrəyliyimiz böyük əhəmiyyət daşıyır. Çətin zamanlarda qardaş ölkələr bir-birimizə dəstək verməliyik. Türkiyə Azərbaycanın haqlı mücadiləsində həmişə yanında olub və olmağa davam edəcək".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çavuşoğlu  





Xəbər lenti