İran Qarabağ məsələsində fəal rol oynamağa hazırdır - PA rəhbəri

İran Qarabağ məsələsində fəal rol oynamağa hazırdır -  PA rəhbəri
  15 Oktyabr 2020    Oxunub:3055
Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayevlə İranın Prezident Adminstrasiyasının rəhbəri Mahmud Vaezi arasında telefon danışığı olub. .
Azvision.az xəbər verir ki, Vaezi İranın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha fəal rol oynamağa hazır olduğunu bəyan edib.

Onun sözlərinə görə, İranla Azərbaycan arasında xalqların ortaq maraqlarına və iradəsinə əsaslanan əlaqələr mövcuddur: “Tehran Bakının bölgədə sülh və sabitliyin qorunmasında İran, Rusiya və Türkiyənin daha fəal rol oynamaq təklifini alqışlayır. Biz, həmçinin Azərbaycan və Ermənistan arasında atəşkəs barədə razılaşmanı alqışlayırıq, fikir ayrılıqlarının dialoq yolu və beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasına, iki ölkənin tanınmış sərhədlərinə və ərazi bütövlüyünə hörmət göstərilməsinə çağırırıq”.

Ş.Mustafayev Qarabağ münaqişəsindəki son vəziyyət barədə məlumat verib, Azərbaycanın Tehran ilə Bakı arasında hərtərəfli münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti