Tərtər qəbiristanlığında həlak olanların sayı artdı - YENİLƏNİB

  Tərtər qəbiristanlığında həlak olanların sayı artdı -  YENİLƏNİB
  15 Oktyabr 2020    Oxunub:15524
Ermənistan silahlı birləşmələri tərəfindən Tərtər şəhər qəbiristanlığının dəfn mərasimi keçirilərkən ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
Azvision.az-ın məlumatına görə, hadisə zamanı yaralananlardan biri - 1967-ci il təvəllüdlü Əmirov İsgəndər Yelmar oğlu vəfat edib.

Yaralılar

Məmmədov Füzuli Əli oğlu (1966)
Əmirov Nofəl Yelmar oğlu (1968)
Allahverdiyev Elsevər Vəli oğlu (1979)
Qənzənfərli Rafael Qəzənfər oğlu (1986)

Həlak olanlar:

Əmirov İskəndər Yelmar oğlu (1967)
Rüstəmov Vasif Bahadur oğlu (1960)
Orucov Pərviz Novruz oğlu (1989)
Zamanov Şakir Xasay oğlu (1988)

***
(13:57)

Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində qəbiristanlığa qəsdən hücumu nəticəsində 3 mülki şəxs həlak olub, daha 5 nəfər isə ağır yaralanıb.

Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter" hesabında yazıb.

"Ermənistan humanitar barışığın arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan mülki şəxsləri qorumaq üçün suveren hüququnu özündə saxlayır", - deyə H.Hacıyev bildirib.

Qeyd edək ki, bu gün Ermənistan ordusu Tərtərdə qəbiristanlığı mərmi atəşinə tutub.

Azvision.az


Teqlər: Tərtər  





Xəbər lenti