Ermənistan çempionu Qarabağda məhv edildi - FOTO

 Ermənistan çempionu Qarabağda məhv edildi  -  FOTO
  15 Oktyabr 2020    Oxunub:4247
Azərbaycan Ordusuna qarşı döyüşlərə qatılmış daha bir erməni idmançısı məhv edilib.
Azvision.az xəbər verir ki, bununla bağlı Ermənistan mətbuatı məlumat yayıb.

Gümrüdən olan atlet Eduard Maranjyan bir müddət əvvəl döyüşlərə qatılmaq üçün Qarabağa yollanıb. O, ordumuzun uğurlu əməliyyatları nəticəsində oldürülüb.



Ermənistanın kişilərdən ibarət ağır atletika komandasının məşqçisi Vigen Xaçatryan hadisə ilə bağlı deyib: “Eduard Maranjyan 69 kq çəki dərəcəsində Ermənistan çempionatının qalibi olub. O, Gümrü idman məktəbinin tələbəsi idi və hər şey onun üçün yeni başlayırdı. Eduardın ailəsinə və yaxınlarına başsağlığı verirəm”.

Xatırladaq ki, bundan əvvəl ağırlıqqaldırma üzrə Ermənistan çempionu olan Tatul Harutyunyan da Qarabağda məhv edilmişdi.

Tural Tağıyev
Azvision.az


Teqlər: İdmançı   Qarabağ  





Xəbər lenti