“Biz vasitəçilərə çox böyük bir jest etdik” - İlham Əliyev
Dövlətimizin başçısı Gəncə şəhərinin, digər şəhər və kəndlərimizin bombalandığını diqqətə çatdıraraq deyib: “Bu, müharibə cinayətidir, bu, terror aktıdır. Ermənistan terror ölkəsi kimi bir daha öz sifətini bütün dünyaya göstərdi, eyni zamanda, döyüş meydanında da. Atəşkəsdən sonra onlar bu imkanlardan istifadə etmək istədilər və Hadruta iki-üç dəfə hücum etdilər, Hadrutu yenidən işğal etməyə çalışdılar. Amma buna nail ola bilmədilər və orada çox böyük canlı qüvvə və texnika itirdilər. Digər istiqamətlərdə - Cəbrayıl rayonunda, Cəbrayılın cənub istiqamətində Araz çayı boyunca bizə qarşı yenə hücumlar təşkil edilmişdir. Bütün bu hücumlar təbii ki, dəf edildi. Bütün bunlar onu göstərir ki, Ermənistan danışıqlar masası arxasında da səmimi deyil. Ona görə əgər Ermənistanda bu çirkin siyasət davam edərsə, onlar özləri peşman olacaqlar. Mən bu döyüşlərin ilk saatlarından onlara və erməni xalqına müraciət edərək demişdim ki, bu torpaqlardan sülh yolu ilə çıxın, qan tökülməsin, insanlar həlak olmasın. Ancaq təəssüf ki, Ermənistan buna əməl etmir. Bu gün döyüş meydanında Ermənistan ordusunun tam darmadağın olmasında əsas günahkar Ermənistanın hərbi-siyasi rəhbərliyidir”.
Azvision.az
Teqlər: İlhamƏliyev Prezident