Çavuşoğlu və Lavrov qəbiristanlığın vurulmasını müzakirə etdi

 Çavuşoğlu və Lavrov qəbiristanlığın vurulmasını müzakirə etdi
  15 Oktyabr 2020    Oxunub:4902
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında Ermənistanın humanitar atəşkəsə əməl etməməsi ilə bağlı telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər Dağlıq Qarabağ problemi, Ermənistanın atəşkəsə əməl etməməsi, düşmənin mülki azərbaycanlı əhalini hədəf alması, o cümlədən Tərtərdə dəfn mərasimi zamanı qəbiristanlığa edilən hücumu müzakirə ediblər.

Azvision.az


Teqlər: Türkiyə   XİN  





Xəbər lenti