Özbəkistan Azərbaycanın mövqeyini dəstəkləyir - Səfir

 Özbəkistan Azərbaycanın mövqeyini dəstəkləyir -    Səfir
  16 Oktyabr 2020    Oxunub:2007
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Özbəkistan Azərbaycanın mövqeyini dəstəkləyir.
Azvision.az -ın məlumatına görə, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrafxanov Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

Səfir bu yaxınlarda Azərbaycan tərəfinin ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin üzvləri üçün Gəncə şəhərinə təşkil etdiyi səfərdən bəhs edib. O, Ermənistanın mülki insanları və mülki obyektləri hədəfə alan raket hücumlarının faciəvi nəticələrinin şahidi olduğunu deyib. Günahsız insanların hədəfə alınaraq öldürülməsini şiddətlə qınadığını bildirib.

Azvision.az


Teqlər: Özbəkistan   Səfir  





Xəbər lenti