Türkiyə XİN: Tərtərə hücumu şiddətlə qınayırıq

 Türkiyə XİN:  Tərtərə hücumu şiddətlə qınayırıq
  16 Oktyabr 2020    Oxunub:2289
Ermənistanın Azərbaycanda mülki yaşayış yerlərinə davam edən hücumlarını şiddətlə qınayırıq. Ermənistanın bu gün Tərtərə hücumu nəticəsində bir məzarlıqda təşkil olunan cənazə mərasimindəki dinc insanlardan üç nəfərin ölüb, beş nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir.

Bildirilir ki, Ermənistan əsirlərin və cəsədlərin dəyişdirilməsi üçün oktyabrın 10-da elan edilən atəşkəsi heçə saymaqda davam edir.

"İnsanlıqdan xəbəri olmayanlar azərbaycanlı qardaşlarımızın cəsədləri dəfn etməsinə izn verməməkdədirlər. Bu son hücum Ermənistanın insani dəyərlərlə uyuşmayan, hüquq tanımayan üzünü bütün dünyaya bir daha göstərdi. Türkiyə Can Azərbaycanın qəhrəman xalqı ilə tam şəkildə həmrəydir", - deyə Türkiyə XİN bəyan edib.

Azvision.az


Teqlər: Türkiyə   XİN  





Xəbər lenti