“Qarabağ savaşında qələbəmiz üçün virusdan qorunmalıyıq”

“Qarabağ savaşında qələbəmiz üçün virusdan qorunmalıyıq”
  16 Oktyabr 2020    Oxunub:1556
"Hamımızın ürəyi Qarabağla döyünür. Bu məqamda koronavirusdan danışmaq bəlkə çoxlarımıza qəribə görsənə bilər. Amma elə Qarabağ savaşında qələbəmiz üçün virusdan qorunmaq qaydalarına əməl etməliyik".
Azvision.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, bu gün 530 vətəndaşımız virusa yoluxub və 101 nəfər müalicə olunaraq sağalıb: "Bu, o deməkdir ki, bu gün xəstəxanalarımızdakı 429 çarpayı virusua yoluxanlara verilib və həmin vətəndaşlarımızın müalicəsi üçün əlavə həkimlər ayrılıb. Hər savaşda şəhid və yaralılar olur. Bizim yaralı əsgərlərimizin müalicəsi üçün boş çarpayılara və həkimlərə ehtiyac var. Yoluxma sayı artdıqca, yaralılarımıza baxacaq həkim sayı və çarpayı yeri azalır. Qarabağ savaşında qələbəmiz, əsgərlərimizin sağlamlığı naminə pandemiya qaydalarına əməl edək. Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!"

Azvision.az


Teqlər: Deputat  





Xəbər lenti