Pensiyaların ödənişi başa çatdırılıb

   Pensiyaların ödənişi başa çatdırılıb
  16 Oktyabr 2020    Oxunub:2223
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən oktyabr ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.
Bunu Azvision.az -a açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri vəzifəsinə Rəşad Mehdili bildirib.

Onun sözlərinə görə, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə də oktyabr ayının pensiyaları ödənilib. Vətəndaşlar pensiyalarını Beynəlxalq Bankdan və Kapital Bankdan onlara verilmiş kartlar vasitəsi ilə həmin bankın bankomatlarından əldə edə bilərlər.

Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları bu ayın 9-da ödənilib.

Azvision.az


Teqlər: Pensiya  





Xəbər lenti