Baş Nazir məktəblərlə bağlı qərarı təsdiqlədi

 Baş Nazir məktəblərlə bağlı qərarı təsdiqlədi
  16 Oktyabr 2020    Oxunub:2685
19 oktyabr tarixindən 2 noyabr tarixinədək məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələri istisna olmaqla, bütün təhsil müəssisələrində əlavə tətil günləri (ümumi təhsil müəssisələrində payız tətili ilə əvəz olunmaqla) müəyyən edilib.
Azvision.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər barədə qərarında bildirilir.

Qərara əsasən, məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyə məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti dayandırılır.

Təhsil Nazirliyi tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları və dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri bu Qərarın icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etməlidir.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti   Məktəb  





Xəbər lenti