“Vətən Sağ Olsun - 3” layihəsi İctimai TV-də - VİDEO

“Vətən Sağ Olsun - 3” layihəsi İctimai TV-də -  VİDEO
  17 Oktyabr 2020    Oxunub:4964
Gənclər və İdman Nazirliyi, Daxili işlər Nazirliyinin Daxili Qoşunları və “M.Z. Production”un təşkilatçılığı ilə keçirilən “Vətən Sağ Olsun”-3 Xüsusi Tapşırıq hərbi vətənpərvərlik layihəsi İctimai TV-də efirə başlayır.
Azvision.az-ın məlumatına görə, layihənin müəllifi və rəhbəri “M.Z.Production” un direktoru Üzlüfət Qasımova, quruluşçu rejissoru Tahir Xəlfəquliyevdir.

Məqsədi gənclər arasında hərbi vətənpərvərlik, Vətənə sədaqət, Vətəni qorumaq kimi müqəddəs hisslərin daha da gücləndirilməsi ilə yanaşı, gənclərin daha da mətin, mübariz və cəsarətli olması üçün stimul yaratmaq olan bu layihəyə 4000-dən çox gənc müraciət edib. Yarışın əsas şərtlərindən biri hərbi xidmətdə olmayan, 18-23 yaş arası çağırışçı gənc oğlan və qızların iştirakı idi.



“N” saylı hərbi hissədə keçirilən yarışda minlərlə gəncin arasından 10 tələbə seçilərək iştirak hüququ qazanıb. Çətin, adrenalin dolu xüsusi tapşırıqların nə olduğunu və iştirakçıların bu tapşırıqları necə əzm və cəsarətlə yerinə yetidiklərini bilmək üçün 17 oktyabr tarixindən etibarən hər həftənin şənbə günü saat 11:15-də İctimai TV-də “Vətən Sağ Olsun”-3 Xüsusi Tapşırığı izləməyi unutmayın.

Xatırladaq ki, “Vətən Sağ Olsun” layihəsinin ilk buraxılışı 2008-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən bütün Hərbi Qoşun növləri ilə, 2013-cü ildə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı Hərbi Hissəsində “Vətən Sağ Olsun 2 – Çağırarsa Vətən” adı altında həyata keçirilib. Bu meydan Azərbaycan gəncinin hünər, cəsarət və zəfər meydanıdır! Amalımız Vətən, məqsədimiz qələbədir!

Sabahdan etibarən hər kəs “Vətən Sağ Olsun” deyəcək!

Azvision.az


Teqlər: Vətən-Sağ-Olsun   Layihə   İTV  





Xəbər lenti