"Noyabrın 2-dən təhsili davam etdirəcəyik" - Emin Əmrullayev

  "Noyabrın 2-dən təhsili davam etdirəcəyik" -   Emin Əmrullayev
  16 Oktyabr 2020    Oxunub:2852
Təhsil Nazirliyi gündəlik əsaslarla məktəblərdə yoluxan şagird və müəllimlərlə bağlı ictimaiyyətə məlumat verir. Bu məlumatlar məsələni diqqətdə saxlamağa imkan verir. Sentyabrın 15-dən oktyabrın 5-ə qədər 2 məktəbdə qapanma qeydə alınmışdısa, son günlər 10-15 məktəbin bağlanması ilə bağlı qərar vermək məcburiyyətində olduq.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, yoluxma sayının 500-ü keçməsi gün ərzində daha çox sayda məktəbin bağlanmasına səbəb ola bilərdi.

“İnanıram ki, məhdudiyyətlər nəticəsində noyabrın 2-ə qədər yoluxma sayının azalmasına nail ola bilərik. Noyabrın 2-dən başlayaraq bu və ya digər formada təhsili davam etdirəcəyik”.

Aytən Zəhra

Azvision.az


Teqlər: Təhsil   Məktəb   Koronavirus  





Xəbər lenti