“Xəstələrin artması ikinci cəbhənin açılması deməkdir” - TƏBİB

 “Xəstələrin artması ikinci cəbhənin açılması deməkdir” -    TƏBİB
  16 Oktyabr 2020    Oxunub:2551
Düşmənin atəşinə məruz qalan bölgə və şəhərlərdə xəstəxanalar fəaliyyət göstərir. Bütün xəstəxanalarda ezam olunan və könüllü şəkildə xidmət üçün gedən həkim və tibb işçiləri var. Onlar canla-başla əsgərlərimizin xidmətində dururlar.
Azvision.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, belə vəziyyətdə koronavirus xəstələrinin sayının artması tibb işçiləri üçün ikinci cəbhənin açılması deməkdir.

“Ölkəmizdə yetəri qədər süni tənəffüs cihazları, dərmanlar var. Burada insan ehtiyatından söhbət gedir. Hər bir tibb işçisi qələbələrimizə dəstək olmaq və cəbhə bölgəsində işləmək istəyir. Biz heç bir halda COVID xəstələrini də diqqətdən kənarda saxlaya bilmərik. Bütün xəstələr lazımi dəstəyi alacaq. Koronavirusla mübarizə qələbəyə, orduya dəstəkdir. Kütləvi tədbirlərdən uzaq durmalıyıq, maskadan istifadə etməliyik”.

Aytən Zəhra

Azvision.az


Teqlər: TƏBİB   YaqutQarayeva  





Xəbər lenti