Yeni qərar repetitorlara aid deyil

Yeni qərar repetitorlara aid deyil
  16 Oktyabr 2020    Oxunub:2077
“Nazirlər Kabinetinin qərarı yalnız təhsil müəssisələrinə aiddir. Repetitor və digər təhsillə məşğul olan qurumlara aid edilmir”.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, hazırda iqtisadi fəaliyyətə təsir edəcək məhdudiyyətlərə əl atılmayıb.

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva isə deyib ki, təhsil kursları ilə bağlı bəlli tələblər var:

"Adətən kurslara gedən şagirdlər yuxarı sinif şagirdləridir. Onların qaydalara əməl etməsinə nəzarət daha rahatdır".

Aytən Zəhra

Azvision.az


Teqlər: Təhsil   Şagird  





Xəbər lenti