“Artıq dünya Ermənistanın yalançı göz yaşlarına inanmır” - Şeyx

“Artıq dünya Ermənistanın yalançı göz yaşlarına inanmır” -  Şeyx
  16 Oktyabr 2020    Oxunub:3047
Azərbaycanın işğal altındakı torpaqlarında xeyli sayda dini obyekt məhv edilib.
Azvision.az xəbər verir ki. bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə birgə mətbuat konfransında bildirib.

O, müharibə başlayandan yüzə yaxın dövlətə, təşkilata, dini liderlərə müraciət etdiyini bildirib: "Qoy bilsinlər ki, bu gün dünya ictimaiyyəti özünü yazıq göstərənin tərəfindəydisə, artıq onların yalançı göz yaşlarına inanmırlar. Ermənilər həmişə yalançı olublar. Bu gün yenə də yalvarırlar. Haqq bizimlədir. İnşallah, haqq qalib gələcək”.

Qonşu ölkələr olan Türkiyə və İrandan verilən dəstəyi yüksək qiymətləndirən QMİ sədri deyib ki, Tehrandan, Təbrizdən ona məktublar gəlir: “Bizim haqq işimizi dəstəkləyirlər. Sabah Ayasofiyada dindarlarla görüşüm var. Bir gün sonra İbn-Haldun Universitetinin açılışı olacaq, Türkiyə Prezidenti ilə birgə iştirak edəcəyəm. Həftənin ikinci günü isə Türkiyənin Dini İşlər naziri Erbaşla onlayn keçiriləcək konfransda iştirak edəcəyik”.

Azvision.az


Teqlər: Şeyx  





Xəbər lenti