Mustafa Şentop Milli Məclisdə çıxış edəcək

   Mustafa Şentop Milli Məclisdə çıxış edəcək
  16 Oktyabr 2020    Oxunub:2994
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop oktyabrın 20-də parlamentdə çıxış edəcək.
Bu barədə Azvision.az -a Milli Məclisin ictimaiyyət və mətbuatla əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək. Səfər 18-20 oktyabr tarixlərində baş tutacaq. TBMM sədri səfər çərçivəsində Bakıda bir sıra görüşlər keçirəcək.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Mustafa-Şentop   MM  





Xəbər lenti