“SİHA-larla bir milyard dollar dəyərində erməni hərbi texnikası məhv edildi”

   “SİHA-larla bir milyard dollar dəyərində erməni hərbi texnikası məhv edildi”
  17 Oktyabr 2020    Oxunub:4007
Ermənistan 30 il ərzində işğal edilmiş o bölgələrdə bütün təmas xətti boyunca çox güclü istehkam qurmuşdu. Çox böyük mühəndis-istehkam işləri görmüşdü. Bəzi yerlərdə onların dörd müdafiə xətti, çoxlu sığınacaqları, bunkerləri var. Bir də bölgənin relyefi elədir ki, o, təbii istehkamdır. Çünki o dağlıq ərazidir və biz aşağıdan yuxarı gedirik. Hər bir ordu üçün bu, böyük çətinlikdir, çox riskli işdir. Ona görə bizim bu istiqamətdə gördüyümüz işlər, əlbəttə ki, böyük qəhrəmanlıq tələb edirdi.
Azvision.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində danışıb.

“Biz düşmənin texnikasını dəqiq məhv etmək üçün mütləq pilotsuz uçuş aparatlarına möhtac idik. Çox şadıq ki, qardaş Türkiyənin inkişaf etmiş hərbi sənaye kompleksi bu gözəl SİHA-ları və İHA-ları istehsal etməyə başlamışdır. Azərbaycan Türkiyənin xaricində ilk ölkələrdəndir ki, bu SİHA-ları ala bildi. Mən artıq bunu söyləmişəm, yalnız Türkiyə istehsalı olan SİHA-larla bir milyard dollar dəyərində olan erməni hərbi texnikası məhv edildi. Qalan bir milyardı da bizim hərbi vasitələrlə məhv edildi. Yəni, bu, müharibənin gedişatını çox dəyişdirdi”, - deyə dövlətimizin başçısı qeyd edib.

Azvision.az


Teqlər: Prezident   İlham-Əliyev  





Xəbər lenti