AŞPA-nın iclasında erməni deputatlar susduruldu

AŞPA-nın iclasında erməni deputatlar susduruldu
  17 Oktyabr 2020    Oxunub:2309
Oktyabrın 16-da AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin onlayn iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasda erməni nümayəndə heyətinin üzvləri ölkəmizin əleyhinə əsassız ittihamlar səsləndiriblər. Erməni deputatlarının ardınca çıxış edən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Tural Gəncəliyev tutarlı faktlarla erməniləri susmağa məcbur edib.

İcma rəhbəri avropalı parlamentarilərin diqqətinə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə mülki əhalinin atəşə tutulması, çoxmənzilli binaların dağıdılması, Tərtər rayonunda dəfn mərasimi keçirilən qəbiristanlığın raket atəşinə məruz qalması və nəticədə mülki insanların həlak olması, döyüş bölgəsində dövlət televiziyasının əməkdaşlarının atəşə tutulması faktlarını çatdırıb.

T.Gəncəliyev bütün bunlarla yanaşı, Şuşa sakini olduğunu və Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi səbəbindən 28 ildir doğma yurduna qayıda bilməməsini iclas iştirakçılarının diqqətinə çatdırıb.

Azvision.az


Teqlər: AŞPA  





Xəbər lenti