Prezidentin köməkçisindən Gəncə ilə bağlı açıqlama

  17 Oktyabr 2020    Oxunub : 1891
 Prezidentin köməkçisindən Gəncə ilə bağlı  açıqlama
Gəncədə mülki şəxslər arasında itkilərin olduğu bildirilir.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Tvitter" hesabında yazıb.

"Ermənistana yeni raket sistemləri gətirildi. Bundan dərhal sonra onlar Azərbaycan şəhərlərindəki mülki insanlara xain və qəddarcasına hücum etməyə başladılar. Gəncədə mülki şəxslər arasında itkilərin olduğu bildirilir. Bu, Ermənistanın dövlət terroru siyasətinin təzahürüdür", - deyə H.Hacıyev vurğulayıb.

Azvision.az

Teqlər: Hikmət-Hacıyev   Gəncə