Gəncədə ölənlərin sayı 12-yə çatdı, 40-dan çox yaralı var - YENİLƏNİB

 Gəncədə ölənlərin sayı 12-yə çatdı, 40-dan çox yaralı var -  YENİLƏNİB
  17 Oktyabr 2020    Oxunub:17343
Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Azvision.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə son vəziyyətlə bağlı əlavə məlumat veriləcək.









***
04:10

“Ermənistanın Gəncəyə raket hücumu nəticəsində 10-dan çox mülki şəxs ölüb, təxminən 40 nəfər yaralanıb”.

Azvision.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

Onun sözlərinə görə, xilasetmə əməliyyatları davam edir: "Ermənistanın dövlət terroru siyasətinə son qoyulmalıdır".



***
(03:35)

Ermənistanın Gəncəyə raket hücumu nəticəsində ölənlərin sayı 6-ya çatıb. Yaralıların sayı 35 nəfərdir. Təcili yardım xidmətləri tərəfindən mülki şəxslərin dağıntılar altından xilas edilmə işləri davam etdirilir.

Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.

***
(02:35)

Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində 35 dinc sakin xəsarət alıb, 5 nəfər həlak olub. Ölənlər arasında 2 uşaq da var.

Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

“Hazırda təxirəsalınmaz işlər görülür. Erməni terroru və hərbi cinayətləri davam edir”, - deyə H.Hacıyev qeyd edib.

Azvision.az


Teqlər: Gəncə  





Xəbər lenti