Ermənistan Gəncəni “SKAD” raketilə vurub - FOTO

 Ermənistan Gəncəni “SKAD” raketilə vurub -  FOTO
  17 Oktyabr 2020    Oxunub:4432
Gəncəyə atılan raketlər SCUD/Elbrus (SKAD) taktiki ballistik raketlərdir.

Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Tvitter" hesabında yazıb.
“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SCUD/Elbrus taktiki ballistik raketlərdir. Bunu hadisə zonasından tapılan mərmilər sübut edir. SCUD raketini sıx məskunlaşmış mülki şəxslərə yönəltmək, Ermənistanın hərbi-siyasi rəhbərliyinin tamamilə əxlaqsızlığını və şizofrenik düşüncəsini göstərir”, - deyə H.Hacıyev qeyd edib.






Azvision.az


Teqlər: Gəncə   Raket   Hikmət-Hacıyev  





Xəbər lenti