Mustafa Şentop Gəncə terrorundan yazdı

Mustafa Şentop Gəncə terrorundan yazdı
  17 Oktyabr 2020    Oxunub:3459
Müharibə cinayətlərinə göz yumanlar beynəlxalq hüquq qarşısında ittiham olunacaqlar.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop "Tvitter" hesabında yazıb.

TBMM sədri bildirib: “Quldur Ermənistan dövlətinin Gəncə və Mingəçevir şəhərlərinə endirdiyi raket atəşlərində yenə dinc sakinlər hədəfə alındı. Hələ də, bu müharibə cinayətlərinə göz yumanlar beynəlxalq hüquq qarşısında cinayət ortağı kimi ittiham olunacaqlarını bilməlidirlər”.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutub.

Azvision.az


Teqlər: MustafaŞentop  





Xəbər lenti