“Ermənistan çox təhlükəli oyun oynayır” - Rusiyalı ekspert

    “Ermənistan çox təhlükəli oyun oynayır” -    Rusiyalı ekspert
  17 Oktyabr 2020    Oxunub:2899
“Şəhərləri raket atəşinə tutmaq nəyə lazımdır? Burada hərbi baxımdan heç bir məqsədəuyğunluluq yoxdur”.
Azvision.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko Ermənistan ordusunun Gəncə şəhərini raketlə atəşə tutmasına münasibət bildirərkən deyib.

Hərbi ekspert fikirlərini teleqram kanalında qeyd edib: “Yerevan çox təhlükəli oyun oynayır. Əmri kim verdi? Paşinyan? Amma, o, çox çaşqın görünür... Tonoyan?".

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri Gəncə şəhərini növbəti dəfə raket atəşinə tutub. İlkin məlumata görə, düşmənin hücumu nəticəsində 12 nəfər həlak olub, 40-dan çox mülki şəxs yaralanıb.

Azvision.az


Teqlər: Gəncə  





Xəbər lenti