Düşmənin canlı qüvvəsi və hərbi texnikaları məhv edildi

 Düşmənin canlı qüvvəsi və hərbi texnikaları məhv edildi
  17 Oktyabr 2020    Oxunub:4146
Aparılan uğurlu hərbi əməliyyatlar nəticəsində döyüş təcrübəsi qazanan şəxsi heyətimiz əhəmiyyətli istiqamətlərdə əlverişli hədd, yüksəklik və mövqeləri tutur.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan Ordusu tərəfindən sutka ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 7 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 8 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları, döyüş sursatı ilə yüklənmiş 10 ədəd yük maşını və 7 ədəd digər avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Azvision.az


Teqlər: Düşmən   Texnika   Məhv  





Xəbər lenti