“Bu cinayətin məsuliyyəti Ermənistan rəhbərliyi üçün ağır olacaq” - Baş prokuror

  17 Oktyabr 2020    Oxunub : 3880
 “Bu cinayətin məsuliyyəti Ermənistan rəhbərliyi üçün ağır olacaq” -  Baş prokuror
Ermənistanın hərbi siyasi rəhbərliyi Gəncəyə növbəti raket zərbəsi endirdi. Biz müşahidə edirik ki, cəbhə bölgəsində Ermənistan ordusu məğlubiyyətə uğradıqca çarəsizlikdən dinc əhaliyə qarşı atəş intensivliyini artırır.
Azvision.az xəbər verir ki, bunu Gəncədə səfərdə olan Baş Prokuror Kamran Əliyev deyib. O, bildirib ki, dinc əhaliyə endirilən raket zərbəsi düşmənin acizliyindən xəbər verir.

“Ermənistanın hərbi siyasi rəhbərliyi ağlını itirib, çünki bu, bəşəriyyət əleyhinə olan ağır cinayətdir. Bu cinayətin hüquqi və siyasi məsuliyyəti Ermənistan rəhbərliyi üçün ağır olacaq. Azərbaycan rəhbərliyi tərəfindən buna uyğun hərbi və siyasi sahədə adekvat cavab veriləcək”.

K.Əliyev bildirib ki, onlar sonlarının başlanğıcını hiss etdikcə, bu kimi addımlara əl atırlar: “Dinc əhali arasında panika yaratmaq istəyirlər ki, bu da alınan deyil”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Gəncə   Terror