Cəbrayıl istiqamətində strateji yüksəkliklər azad edilib

 Cəbrayıl istiqamətində strateji yüksəkliklər azad edilib
  17 Oktyabr 2020    Oxunub:5447
Cəbrayıl istiqamətində uğurlu əməliyyatlar həyata keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Cəbrayıl istiqamətində strateji yüksəkliklər azad olunub: "İndi Cəbrayıl istiqamətində də srağagün, dünən və bu gecə uğurlu əməliyyatlar keçirilibdir. Strateji yüksəkliklər götürülübdür. Bu haqda hələ ki, bir şey demək istəmirəm, hadisələri qabaqlamaq istəmirəm. Ancaq bu gün müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaq.

Gedən döyüşlərdə müzəffər Azərbaycan Ordusu düşmənləri bizim torpağımızdan qovur və qovacaq. Mən demişəm, onlar öz xoşu ilə bizim torpaqlarımızdan çıxmasalar, biz onları iti qovan kimi qovacağıq və qovuruq və hər gün müzəffər Azərbaycan Ordusu yeni strateji məntəqələri, yeni yüksəklikləri, yeni yaşayış məntəqələrini işğalçılardan azad edir".

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti