“İnsanlıq payını almayanlar cinayətlərə görə cavab verəcəklər” - Çavuşoğlu

 “İnsanlıq payını almayanlar cinayətlərə görə cavab verəcəklər” -  Çavuşoğlu
  17 Oktyabr 2020    Oxunub:2749
Ermənistanın vəhşiliyinə susmaq bu cinayətlərin bir hissəsi olmaq deməkdir.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabında yazıb.

“Ermənistan müharibə cinayətləri törətməyə və mülki şəxsləri öldürməyə davam edir. Uşaq, böyük demədən günahsız insanları öldürür. Bu vəhşiliyə susmaq həmin cinayətlərin bir hissəsi olmaq deməkdir. İnsanlıq payını almayanlar cinayətlərinə görə cavab verəcəklər. Biz hər zaman can Azərbaycanın yanındayıq", - deyə Çavuşoğlu qeyd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MövludÇavuşoğlu  





Xəbər lenti