Erməni təcavüzü nəticəsində ölənlərin sayı 60-a çatdı

 Erməni təcavüzü nəticəsində ölənlərin sayı 60-a çatdı
  17 Oktyabr 2020    Oxunub:3367
Baş Prokurorluq Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 60 mülki şəxs qətlə yetirilib, 270 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 327, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1704-dir.



Azvision.az



Teqlər: DağlıqQarabağ   Ermənistan   Terror  





Xəbər lenti