Hayların “qurtulmaq üçün ayrılmaq” vaxtıdır - Sahib Alıyevin şərhi

Hayların “qurtulmaq üçün ayrılmaq” vaxtıdır -  Sahib Alıyevin şərhi
  17 Oktyabr 2020    Oxunub:1713
Ermənistanın baş naziri Nikol Paşinyan iki ölkə arasında artıq genişmiqyaslı savaşa yol açan konfliktin həlliylə bağlı yeni "prinsip" irəli sürüb: "qurtulmaq üçün ayrılmaq". Bilmirəm ona bu "prinsip"i  telefonla danışdıqlarından kim sırıyıb, amma Qarabağın dağlıq hissəsində yaşayan hayların indi düşdükləri vəziyyətdən qurtulmaları üçün doğrudan da ayrılmalı və ayılmalı vaxtlarıdır.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Əliyev deyib. O bildirib ki, Azərbaycanın digər vətəndaşları kimi bu ölkədə əmin-amanlıq içində yaşamaq istəyirlərsə, aralarındakı terrorçulardan ayrılmalı, qondarma rejimə "yox" deməli,  Ermənistandan onları işğalçılıq siyasətinin girovuna çevirməsinə son qoymasını tələb etməlidirlər.

"Ayrılmanın başqa bir yolu da var, Azərbaycanı istəmirlərsə, bura haradan gətiriliblər ora da gedə bilərlər. Paşinyanın nəzərdə tutduğu "ayrılma" isə Azərbaycan torpaqlarını tərk etdikdən sonra  Ermənistanda mümkündür. Oradakı haylar, Azərbaycandan gedən soydaşlarını onsuz da özlərindən ayrırlar. Bu de-fakto yanaşmanı, qoy orada onları bir yerə toplayıb de-yureləşdirsinlər", - deyə Sahib Alıyev vurğulayıb.

Azvision.az


Teqlər: Dağlıq-Qarabağ  





Xəbər lenti