Ombudsman Gəncədə yaralılara baş çəkdi

Ombudsman Gəncədə yaralılara baş çəkdi
  17 Oktyabr 2020    Oxunub:1939
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Gəncədə həlak olmuş şəxslərin yaxınları, yaralanmış və zərərçəkmiş şəhər sakinləri ilə görüşüb.
Ombudsman Aparatından Azvision.az -a verilən məlumata görə, Ombudsman həmçinin hər iki valideyni dağıntılar altında qalan və hazırda taleləri barədə məlumat olmayan yaralanmış uşağa baş çəkib. 2 uşağın isə taleyi barədə hələ də məlumat yoxdur.

Azvision.az


Teqlər: Ombudsman   Gəncə   Terror  





Xəbər lenti