“Rusiya və ABŞ-ın Qarabağa dair mövqeləri üst-üstə düşür” - Səfir

 “Rusiya və ABŞ-ın Qarabağa dair mövqeləri üst-üstə düşür” -  Səfir
  17 Oktyabr 2020    Oxunub:3223
Moskva və Vaşinqtonun mövqeləri Dağlıq Qarabağ nizamlanmasının təməl məsələlərində üst-üstə düşür.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.

“Üç prezidentin (ATƏT-in Minsk qrupunun həmsədrləri - Rusiya, Fransa, ABŞ) ortaq bəyanat verməsi xoş sürpriz oldu. Amerika və Rusiyanın mövqelərinin üst-üstə düşdüyü çox az məsələ var. Bəyanatda tərəfləri təmkinli olmağa, ilk növbədə atəşi dayandırmağa və diplomatik kanallara keçməyə çağırdıq”.

Səfir əlavə edib ki, bəzi nüanslar var, amma prinsipial olaraq tərəfləri dinc yola gətirməli olan prosesi dəstəkləyirik.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ   ABŞ   Rusiya  





Xəbər lenti